16 İyul 2020, 12:34
FUTBOL
İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo "Yuventus" klubunda çalışacaq.
Matc.az "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, əfsanəvi futbolçu Turin təmsilçisinin U-23 komandasının baş məşqçisi təyin edilir. Məlumata görə, rəsmi açıqlama yaxın günlərdə veriləcək.
"Napoli"nin U-19 və İtaliya millisinin gənclərdən ibarət yığmasının sabiq baş məşqçisi Roberto Baroninin isə Pirloya köməkçi-məşqçi təyin ediləcəyi bildirilir.