"Bolonya" və "Yuventus"un keçmiş məşqçisi Ttaqo Motta məşqçilik həyatına qayıtmağa tələsmir və son aylarda bir neçə təklifi rədd edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Bildirilir ki, 43 yaşlı məşqçi "Monako", "Bayer", "Real Sosyedad" və "Spartak"dan (Moskva) gələn təklifləri rədd edib.
İtalyan mütəxəssisin hələ də "Yuventus"la 2027-ci ilə qədər olan və ildə ona 4 milyon avro gəlir gətirən müqaviləsi var.
Mottanın işdən çıxarıldıqdan sonra 1 illik istirahət etmək istəyir və bundan sonra məşqçiliyə qayıdacaq.
Qeyd edək ki, Tyaqo Motta məşqçilik karyerasına 2019-cu ilin oktyabrında "Genoa"da başlayıb. Onun ən böyük uğuru "Bolonya" ilə olub və o, tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.












