Madrid "Atletiko"sunun hücumçusu Aleksandr Sörlot zədələnib.

Matc.az xəbər verir ki, norveçli forvard İspaniya Kubokunun "Atletiko Baleares"lə oyununda komandaya kömək edə bilməyəcək. 30 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Aleksandr Sörlot bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 24 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest