FIFA 2026-cı il dünya çempionatı üçün rekord məbləğdə - 727 milyon dollar mükafat fondunu təsdiqləyib.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Şurası 2026-cı il dünya çempionatı üçün rekord məbləğdə - 727 milyon dollar mükafat fondunu təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, turnirin mükafat fondu 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından 50% çox olacaq.
Mükafat fondu dünya çempionatının final mərhələsində iştirak edən hər bir komandaya veriləcək. Turnirin qalibi 50 milyon dollar, ikinci yeri tutan komanda 33 milyon dollar, üçüncü yeri tutan komanda isə 29 milyon dollar qazanacaq. 33-cü yerdən 48-ci yerə qədər qərarlaşan komandaların hər biri 9 milyon dollar qazanacaq.
Həmçinin, mükafat fondundan əlavə, hər bir seçmə komandanın hazırlıq xərclərini ödəmək üçün 1,5 milyon dollar alacağı da dəqiqləşdirilib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.












