"Fənərbaxça" "Alanyaspor"un yarımmüdafiəçisi Maestronu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi anqolalı futbolçunu yanvar ayında heyətinə qatmağa çalışacaq. Alanya təmsilçisi 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün 10 milyon avro tələb edir.

Qeyd edək ki, Maestro bu mövsüm "Alanyasspor"un heyətində keçirdiyi 14 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest