Bu mövsüm "Olimpiakos"un heyətində Yunanıstan çempionu adını qazanan Ruben Semedonun İspaniyaya girişi qadağan edilib.
 
Matc.az "Levante El Mercantil Valenciano"ya istinadən xəbər verir ki, buna portuqaliyalı futbolçunun bir neçə cinayətdə şübhəli bilinməsi səbəb göstərilir.
 
Belə ki, Semedo adam oğurluğu, soyğun, qanunsuz silah saxlama, insanları təhdid etməkdə günahlandırılır. Futbolçu ittihamların bir qismini qəbul edib, məhkəmənin 5,5 illik həbs qərarı verməsi tələb edilir.
 
Cinayətlərin detallarına görə, Semedo "Vilyarreal"da oynadığı vaxtda – 2018-ci ildə iki nəfərlə birləşərək ona 5 min avro borclu olan şəxsi evinə gətirərək, onu silah və bıçaqla təhdid edib. Onun bu hadisədən sonra 5 ay həbsdə olduğu, sonradan 30 min avro müqabilində azadlığa buraxıldığı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest