Qəbələdə təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Ağdam təmsilçisi "Sabah"la qarşılaşıb. Qarşılaşmada hesabı "Qarabağ" açsa da, ikinci hissədə iki qol vuran "Sabah" əzmkar qələbəyə sevinib.
 
Qeyd edək ki, bu oyun "Sabah"ın yeni baş məşqçisi Visente Qomes üçün debüt xarakteri daşıyırdı.
 
"Qarabağ" Qəbələdə keçirdiyi ilk yoxlama oyununda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəlib.
 
Yoxlama oyunu
25 iyul
 
Qarabağ – Sabah 1:2
Qol: Filip Ozobiç – Xulio Sezar Rodriqes, Təmkin Xəlilzadə (pen.)
Qəbələ şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest