Futbol üzrə Latviya 1-ci liqasında 4-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi "Super Nova" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Smiltene" ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
 
Vüqar da bu görüşün iştirakçısı olub. Bu komandaya bir neçə gün öncə transfer olunan futbolçu "Super Nova"dakı debüt matçında 90 dəqiqə meydanda olub. Əsgərov yeni komandasındakı ilk oyununda qol da vurub. 61-ci dəqiqədə sarı vərəqə alan futbolçu bundan 3 dəqiqə sonra rəqib qapısına yol tapıb.
 
4 oyuna 7 xal toplamış "Super Nova" 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest