ABŞ-ın USL çempionatında 4-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv "Oranj Kaunti" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Rüfət də bu görüşün iştirakçısı olub. 29 yaşlı hücumçu matça start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.
 
"Finiks Rayzinq" hazırda B qrupunda 7 xalla beş komanda arasında üçüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest