Futbol üzrə Türkiyə Super Liqasında 2019/20 mövsümü bir ilklə yadda qalıb.
 
Matc.az xəbər verir ki, İstanbulun "Fənərbaxça" və "Qalatasaray" klubları ilk dəfə eyni zamanda turnir cədvəlində ilk 4-lüyə daxil ola bilməyib.
 
"Qalatasaray" mövsümü 6-cı, "Fənərbaxça" isə 7-ci sırada tamamlayıb.
 
Qeyd edək ki, Super Liqada çempion "Başakşəhər" klubu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest