İngiltərənin "Everton" klubunun baş məşqçisi Karlo Ancelotti Lionel Messi barədə danışıb.

Matc.az xəbər verir ki, italiyalı mütəxəssis argentinalı futbolçunun "Barselona"dan ayrılacağı yönündə çıxan iddialara münasibət bildirib:

"Messini Premyer Liqada görmək çox yaxşı olardı. Amma nə vaxtsa bunun olacağını düşünmürəm. O, "Barselona"nın əfsanəsidir və karyerasını orada başa vuracağına əminəm".

Qeyd edək ki, 33 yaşlı ulduz futbolçunun müqaviləsində mövsüm sonu komandadan ayrıla biləcəyi vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest