"Neftçi" PFK baş məşqçi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.
 
Matc.az xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib.
 
Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.
 
Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest