Millətlər Liqasının oktyabr oyunları üçün Azərbaycan millisinə çağırılan futbolçuların yığmadakı göstəriciləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, Qurban Qurbanovdan dəvət alan "23-lüy"ün rekordçusu Kamran Ağayevdi.

Hesabında 76 matç olan qolkiper milli karyerasını davam etdirənlər arasında 1 nömrədi. Onun yaxın izləyiciləri Rahid Əmirquliyevlə Maksim Medvedevdi. Bu "üçlük" yığmada 50 və daha çox oyun keçirənlərdi.

İki futbolçu isə hələ yığmada debüt etməyib. Bunlar Bəxtiyar Həsənalızadə və Şahruddin Məhəmmədliyevdi. Onlar qarşıdakı görüşlərdən birində şans qazansa, ilk dəfə milli forması geyinmiş olacaq.

Hazırkı heyətdən 13 futbolçu yığmada qol hesabını açıb. Komandanın ən məhsuldar üzvləri isə Almaniya klublarında oynayanlardı. Dmitri Nazarovun 6, Rüfət Dadaşovun 4 qolu var.

futbolçu

oyun

qol

Kamran Ağayev

76

-118

Rahid Əmirquliyev

60

3

Maksim Medvedev

50

3

Qara Qarayev

44

0

Bədavi Hüseynov

37

0

Dmitri Nazarov

33

6

Araz Abdullayev

27

2

Ruslan Qurbanov

24

1

Məhəmməd Mirzəbəyov

18

0

Ramil Şeydayev

16

1

Rüfət Dadaşov

16

4

Namiq Ələsgərov

15

0

Pavel Paşayev

13

0

Səlahət Ağayev

12

-8

Riçard Almeyda

10

1

Cavid İmamverdiyev

9

1

Mahir Mədətov

9

1

ürfan Abbasov

9

1

Emin Mahmudov

8

1

Təmkin Xəlilzadə

7

1

Rahil Məmmədov

4

0

Bəxtiyar Həsənalızadə

0

0

Şahrudin Məhəmmədliyev

0

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest