Qonzalo İquain "Yuventus"u tərk edir. Matc.az xəbər verir ki, argentinalı forvard Turin klubu ilə yolları ayıracaq.

İquainin "Yuventus"la 2021-ci ilə qədər müqaviləsi olsa da, rəhbərlik onunla sözləşməyə xitam vermək niyyətindədir. Təcrübəli forvardın bu təklifi qəbul etdiyi bildirilir.

Qeyd edək ki, argentinalı oyunçu 2016-cı ildə "Yuventus"da çıxış edir. O, ötən mövsüm 44 oyunda forma geyinib və 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest