"Sumqayıt"dan ayrılan Əmir Ağayev karyerasını Yunanıstanda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabından paylaşım edib. 28 yaşlı futbolçu "Atromitos" (Afina) klubu ilə razılığa gəlib. O, "facebok" səhifəsində "yeni komanda, yeni hədəflər" deyə, yazıb.

Qeyd edək ki, Ağayev daha öncə "Sumqayıt"ın təklifinin onu qane etmədiyini açıqlamışdı

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest