Qeyd edək ki, Monteneqro yığması C Liqasının 1-ci qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək. Azərbaycan millisi bu komanda ilə ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı rəqiblərindən Monteneqro yığmasının heyəti açıqlanıb.
 
Matc.az Monteneqro Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Faruk Hacibeqiç Kipr və Lüksemburqla oyunlar üçün 23 futbolçuya dəvət göndərib.
 
Siyahıda 3 qapıçı, 6 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu var.
 
Qapıçılar: Daniel Petkoviç ("Anje", Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç ("Vulverhempton", İngiltərə);
 
Müdafiəçilər: Stefan Saviç ("Atletiko", İspaniya), Marko Simiç ("Liepaya", Latviya), Jarko Tomaşeviç ("Astana", Qazaxıstan), Adam Maruşiç ("Latsio", İtaliya), İqor Vuyaçiç ("Partizan", Serbiya), Momçilo Raspopoviç ("Riyeka", Xorvatiya);
 
Yarımmüdafiəçilər: Nikola Vukçeviç ("Levante", İspaniya), Vladimir Yovoviç ("Yablonets", çexiya), Aleksandr Şçekiç ("Partizan", Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç ("Kayrat", Qazaxıstan), Aleksandr Bolyeviç ("Standard", Belçika), Marko Bakiç, Deni Hoçko (hər ikisi "Muskron", Belçika), Sead Hakşabanoviç ("Norçöpinq", İsveç), Vukan Saviçeviç ("Samsunspor", Türkiyə);
 
Hücumçular: Fatoş Beçiray ("Visla", Krakov, Polşa) Stefan Yovetiç ("Monako", Fransa), Stefan Muqoşa ("İnçhon Yunayted", Cənubi Koreya), Dino İslamoviç ("Rusenborq", Norveç).
 
Qeyd edək ki, Monteneqro yığması C Liqasının 1-ci qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək. Azərbaycan millisi bu komanda ilə ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest