"Fənərbaxça" yarımmüdafiəçisi Tolqa Ciğerci ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
 
28 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddəti daha bir il uzadılıb.
 
Qeyd edək ki, Tolqa 2018-ci ildən "Fənərbaxça"da oynayır. O, İstanbul təmsilçisindən öncə "Qalatasaray", "Herta", "Borussiya" (Münhenqladbax) və yetirməsi olduğu "Volfsburq"un da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest