Futbol üzrə İran kubokunda ikinci finalçının adına aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə "Persepolis"lə "İstiqlal" komandaları qarşılaşıb.
 
Matçın əsas vaxtında qapılara dörd qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Bu üzdən də penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "İstiqlal" finala yüksəlib – 4:1.
 
Xatırladaq ki, ilk yarımfinal matçında Cənubi Azərbaycan təmsilçisi "Traktor" "Naft MİS" üzərində 1:0 hesablı qələbəyə sevinmişdi.
 
Beləliklə, sentyabrın 3-də keçiriləcək həlledici oyunda "Traktor"la "İstiqlal" üz-üzə gələcək. Təbriz və Tehran təmsilçiləri Məşhəd şəhərində münasibətlərinə aydınlıq gətirəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest