Türkiyənin "Sivasspor" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın "Anje" klubundan Kazimir Ninqanı, həmçinin "Yeni Malatyaspor"dan ayrılan Robin Yalçını transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ninqa satınalma şərti ilə bir illik icarəyə götürülüb. Robinlə də bir illik müqavilə imzalanıb.
 
çad yığmasının üzvü olan Ninqa, 2019-cu ilin yayından "Anje"nin uğurları üçün çalışır. 27 yaşlı hücumçu daha öncə "Kan", "Monpelye", "Manqasport" və "Reanissance" kimi klublarda da forma geyinib.
 
Almaniyanın Deggendorf şəhərində dünyaya gələn Robin Yalçın isə karyerası ərzində "Ştutqart" və "Rizəspor"un uğurları üçün çalışıb. O, 2019-cu ilin yayından "Yeni Malatyaspor"da çıxış edirdi. Karyerası ərzində 290 matça çıxan 26 yaşlı yarımmüdafiəçi, indiyə qədər 19 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.
 
"Sivasspor" daha öncə Xorxe Feliks və Maks Qradeli transfer etmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest