UEFA Millətlər Liqası çərçivəsində sabah Azərbaycanla qarşılaşacaq Lüksemburq milisinin baş məşqçisi Lyuk Holts görüşdən öncə mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, o, qarşıda onları çətin bir matç gözlədiklərini bildirib.
 
Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Heyətdə iki zədəli oyunçunuz var. Onların durumları necədir?
- İki futbolçunun vəziyyəti bəlli deyil. Sabah oynayıb-oynamayacaqları barədə nəsə demək doğru olmaz.
 
- Sabahkı heyətlə 3 gün öncəki heyət eyni olacaq? Bir də müdafiəçi Kristoferin zədəsi var idi, vəziyyəti nə yerdədir?
- Hələ qərar verməmişik. Ancaq eyni heyət olmayacaq. Yekun qərarı sabah bilərik. Kristofer bizim üçün önəmli oyunçudur. Bizim üçün çox əhəmiyyətlidir. Durumu barədə dəqiq bir söz demək olmur.
 
- Azərbaycan komandası haqda hansı məlumatlarınız var?
- Onu bilirəm ki, rəqib komandada baş məşqçi dəyişib. Onların oyunları barədə heç bir məlumatımız yoxdur. Ancaq güclərimizi eyni dəyərləndirirəm. Həm bizdə, həm də onlarda çempionat uzun müddətdir dayanıb.
 
- Azərbaycanda hansı oyunçunun adını xüsusi çəkərdiniz...
- Bəli, rəqibi izləmişəm. Xüsusən də iki nömrəli futbolçunu deyərdim. Komanda ilə oynamağı yaxşı bacarır.
 
- Meydan amilinə görə Azərbaycanı üstün görürsünüz?
- Biz sabah oyuna ehtiyatlı başlacağıq. Necə müdafiə olunmağı düşünəcəyik. Açığı, Azərbaycanı favorit görürəm. Bizim rəqibdən xüsusi bir üstünlüyümüz yoxdur. Bu, sadəcə oyundur.
 
- Azarkeşlərin olmaması oyunçuların çıxışına təsir göstərəcək?
- Hər hansı bir təsir olacağını düşünmürəm. Futbolçular aktiv olmalıdır. Sabah əsas çətinliklərimizdən biri oyunumuzu tapmaq olar. Ancaq hər şeyin dəqiqini sabah görəcəyik.
 
- Azərbaycanı sabahkı oyunda arxayın salmaq üçün tərifləryisiniz?
- Əlbəttə, mən heç nəyi gizlətmirəm. Dediklərim həqiqədir. Azərbaycan millisininn Uels və Slovakiya yığmalarına qarşı çıxışlarını izləmişəm. Demək olar ki, başa-baş mübarizə aparırdılar. Həqiqətən Azərbaycan millisini güclü hesab edirəm.
 
- Azərbaycan millsinin oyunçuları "Qarabağ"ın heyətində daha çox oyun keçirib. Sizcə, bu onlar üçün üstünlük ola bilər?
- Məncə, bu üstünlük deyil. "Qarabağ"da çıxış edənlərlə yanaşı, elə oyunçular var ki, 6-7 aydır futbol oynamırlar. Bu baxımdan komandamın geridə qalacağını düşünmürəm.
 
- Azərbaycan millisi yeni baş məşqçi ilə sirli qutuya bənzəyir. Sabah onlardan necə bir oyun gözləyirsinniz? 
- Bu haqda nəsə demək çətindir. Ağlımda bir- iki ideya var. Onları tətbiq etməyə çalışacağıq. Əsas odur ki, meydanda mövqe verməməliyik. İndidən nəsə demək çətindir.
 
- Lüksemburqda alman və fransız dilindən istifadə edilir. Bəs futbolda hansına daha çox yaxınsınız?
- Lüksembruq stili bizə daha uyğundur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest