Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında yeni – 2020/21 mövsümünə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
Mövsümün açılış matçında "Arsenal" səfərdə "Fulhem"lə üz-üzə gəlib və 3 cavabsız qola sevinib.
 
Son çempion "Liverpul" ilk tur çərçivəsində debütant "Lids"i sınağa çəkib. 7 qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbə qazanıblar. "Kristal Pelas" "Sauthempton"u məğlub yola salıb. Günün son matçında isə "Vest Hem" doğma meydanda "Nyukasl"a məğlub olub.
 
Birinci tur çərçivəsində "çelsi" "Brayton"la, "Tottenhem" isə "Everton"la münasibətlərinə aydınlıq gətirəcək.
 
İlk turda keçirilməli olan "Bernli" – "Mançester Yunayted" və "Mançester Siti" – "Aston Villa" oyunları isə təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
1-ci tur
12 sentyabr
 
Fulhem – Arsenal 0:3
Qol: Lakazette, 8. Qabriel, 49. Obameyanq, 57.
 
Kristal Pelas – Sauthempton 1:0
Qol: Zaha, 13.
 
Liverpul – Lids 4:3
Qol: Salah, 4; 33; 88-pen. Van Deyk, 20 – Harrison, 12. Bemford, 30. Klix, 66.
 
Vest Hem – Nyukasl 0:2
Qol: Uilson, 56. Hendrik, 87.
 
13 sentyabr
 
17:00 Vest Bromviç – Lester
19:30 Tottenhem – Everton
 
14 sentyabr
 
21:00 Şeffild Yunayted – Vulverhempton
23:15 Brayton – çelsi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest