Monteneqro yığmasının Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Lüksemburqa qarşı oyunlar üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Faruk Hadjibeqiç həmin görüşlərə 23 oyunçunu dəvət edib.
Qapıçılar: Daniyel Petkoviç ("Anje", Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç ("Vulverhempton", İngiltərə)
Müdafiəçilər: Stefan Saviç ("Atletiko", İspaniya), Marko Şimiç ("Liepaya", Latviya), Zarko Tomaşeviç ("Astana", Qazaxıstan), Adam Maruşiç ("Latsio", İtaliya), İqor Vuyaçiç ("Partizan", Serbiya), Momkilo Raspopoviç ("Riyeka", Xorvatiya)
Yarımmüdafiəçilər: Nikola Vukçeviç ("Levante", İspaniya), Vladimir Yovoviç ("Yablonets", çexiya), Aleksandar Şçekiç ("Partizan", Serbiya), Marko Yankoviç ("Spal", İtaliya), Neboyşa Kosoviç ("Kayrat", Qazaxıstan), Aleksandar Boljeviç ("Standard", Belçika, Marko Bakiç, Deni Hoçko (hər ikisi "Muskron", Belçika), Sead Hakşabanoviç ("Norrçepinq", İsveç), Vukan Saviçeviç ("Samsunspor", Türkiyə)
Hücumçular: Fatos Beçiray ("Visla", Polşa), Stevan Yovetiç ("Monako", Fransa), Stefan Muqoşa ("İnkon Yunayted", Cənubi Koreya), Dino İslamoviç ("Rusenborq, Norveç)
Monteneqro oktyabrın 10-da Azərbaycan, 3 gün sonra isə Lüksemburqla qarşılaşacaq. Hər iki oyun Monteneqronun Podqoritsa şəhərində keçiriləcək.