Türkiyənin "Qaziantep" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi malili hücumçu Nouha Diçko və sloveniyalı yarımmüdafiəçi Amedey Vitrehi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərənin "Hall Siti" klubundan transfer edilən Diçkoyla 2 illik müqavilə imzalanıb. Super Liqanın digər təmsilçisi "Rizəspor"dan gələn Vitreh isə satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.
 
Mali yığmasında da oynamış Diçko geridə qalan mövsümü Niderlandın "Vitess" klubunda icarədə keçirib. 28 yaşlı futbolçu karyerası ərzində "Strasburq", "Blekpul", "Vulverhempton", "Roterhem Yunayted" klublarında da forma geyinib.
 
Amedey Vetrih isə 2019-cu ilin yayından "Rizəspor"un uğurları üçün çalışırdı. Sloveniya yığmasında da oynamış 30 yaşlı futbolçu daha öncə "Domjale", "Qoritsa" və "Brda" klublarının uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest