İngiltərənin "Liverpul" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, Sadio Manenin koronavirus testi pozitiv nəticələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəstəliyin simptomlarını yüngül keçirən seneqallı futbolçu karantinə alınıb.
 
"Liverpul" bir neçə gün əvvəl digər futbolçusu Tyaqo Alkantaranın koronavirusa yoluxduğunu açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest