08 Oktyabr 2018, 13:07
PARİS-2024
UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Farer adaları – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Matç.az saytının məlumatına görə, yığmamızın səfər qarşılaşması rusiyalı referilərə tapşırılıb.
Qarşılaşmada ədaləti Aleksey Yeskov qoruyacaq. Ona Dmitri Mosyakin və Anton Averyanov kömək edəcək. Valeri Dançenko 4-cü, Sergey Lapoçkinlə Mixail Vilkov isə əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək.
Oktyabrın 11-də baş tutacaq oyunda hakimlərin işinə andorralı Salustia çato Kipres qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə rumıniyalı İonel Piskanu olacaq.