Braziliyanın "Palmeyras" klubu baş məşqçisi Vanderley Luşemburqonu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
 
İstefaya komandanın yeni mövsümdə o qədər də uğurlu çıxış edə bilməməsi səbəb göstərilir. 68 yaşlı mütəxəssis 2019-cu ilin dekabrında 5-ci dəfə (!) bu klubun baş məşqçisi təyin olunmuşdu.
 
"Palmeyras" Braziliya çempionatında bu mövsüm meydana çıxdığı 15 oyunda cəmi 22 xal toplaya bilib və 7-ci pillədə qərarlaşıb.
 
ölkəsində "Flamenqo", "Korintians", "Kruzeyro", "Santos", "Qremio", "Fluminense"ni, İspaniyada "Real"ı çalışdırmış Luşemburqo, 1998-2000-ci illər aralığında Braziliya millisinə də rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest