"Son günlər beynəlxalq və yerli mediada AVRO-2020-nin yeni formatı ilə bağlı müxtəlif fikirləri eşidirik. Bugünədək UEFA-dan AFFA-ya turnirin formatı ilə bağlı aydınlaşdırma məqsədilə heç bir müraciət daxil olmayıb"
 
Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıdan alınacağı ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
 
O bildirib ki, UEFA İcraiyyə Komitəsinin son qərarına əsasən AVRO-2020 Bakı da daxil olmaqla, 12 şəhərdə təşkil olunacaq: "Qurumdan hər hansı məlumat alsaq, ictimaiyyətə bildirəcəyik". (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest