İngiltərə çempionu "Liverpul" zədə səbəbiylə mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək Vircil van Deykin boşluğunu yeni futbolçuyla doldurmağı planlaşdırır.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızılar"ın əsas namizədi "Şalke"nin formasını geyinən Ozan Kabakdır.
 
Klub yay transfer dövründə də Kabakı heyətinə qatmaq istəmiş, amma bu keçid alınmamışdı. Futbolçunun transfer məbləği 35 milyon avro olaraq qiymətləndirilir.
 
Bundan başqa, "Liverpul"un "Napoli"dən Xaludi Kulibali və "Sevilya"dan Dieqo Karlosu da Van Deykin əvəzedicisi olaraq müəyyənləşdirdiyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest