"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı qolsuz heç-heçəyə razılaşdıqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Maraqlı oyun alındı. Xüsusilə də ikinci hissə daha gərgin keçdi. Azlıqda qalandan sonra da temp düşmədi. Hər iki komanda istəkli idi. Komandamdan razı qaldım. Yorğunluq yox idi. Rəşad Sadıqova uğurlar arzu edirəm. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa yolumuz yoxdur. Futbolçularımızı həm çempionat, həm də avrokubok matçlarına köklənməliyik".
 
48 yaşlı mütəxəssis bildirib ki, zədəlilərin durumuna yaxın günlərdə aydınlıq gələcək: "Mahir Emreli oynaya bilər, amma start heyətdə meydana çıxması çətindir. Bədavi Hüseynovun taleyi isə sual altındadır. Hələ komandaya qoşulmayıb. Fərdi qaydada məşq edir. Sabah ümumi durumuna baxacağıq. Maksim Medvedev komanda ilə 2 məşq etmişdi. çox yorulmuşdu. Ona görə bu gün əsas heyətdə oynamadı".
 
Rəşad Sadıqovla duel barədə danışan baş məşqçi bunları deyib: "Rəşadla məşqlərdə rəqib olmuşuq. Səmimi olmağa çalışıram. Hər baş məşqçiyə oyundan əvvəl və sonra uğurlar arzu edirəm. Amma matçdan əvvəl bir az bu hisslər fərqli olur. Bu gün ilk dəfə özümüzü düşünmədən ona səmimi qəlbdən uğurlar dilədim.
 
Bütün komandalar bizi yaxından tanıyır. Matçın gedişində fərqli hücumlar qurduq. İkinci hissədə Abdullah Zubiri meydana buraxmaqla fərqli taktika seçdik. Bəzi məşqçilər qarşı bunu edirik. Hər iki komandanın qol epizodları oldu. Əvvəl də burada oynamışıq, amma asan olmayıb".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest