Bu gün UEFA Millətlər Liqasında mövsümə yekun vurulub.

Matc.az xəbər verir ki, final mərhələsində son iki qarşılaşma keçirilib.

Almaniyanın Münhen şəhərindəki "Alians Arena"da Portuqaliya – İspaniya finalı baş tutub. Həlledici görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Oyunun əlavə vaxtında da hesabda tarazılıq pozulmayıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən portuqaliyalılar UEFA Millətlər Liqasının ikiqat qalibi olub.

Ştutqartda isə üçüncülük uğrunda oyunda Almaniya və Fransa üz-üzə gəlib. Fransızlar 2 cavabsız qolla qələbə qazanıb.

Millətlər Liqası
8 iyun
Üçüncülük oyunu

Almaniya – Fransa - 0:2
Qollar: 
Mbappe, 45+1, Olis, 84
Ştutqart, "MHP Arena"da

Final

Portuqaliya – İspaniya - 2:2 (Penaltilər seriyası – 5:3)
Qollar:
Mendes, 26, Ronaldo, 61 // Zubimendi, 21, Oyarzabal, 45
Münhen, "Alians Arena"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest