26 yaşlı forvard bu görüşdə qol vurub və məhsuldar ötürmə edib.

Fransa millisinin hücumçusu Kilian Mbappe UEFA Millətlər Liqasının 2024/2025-ci il mövsümünün üçüncü yer uğrunda Almaniya millisi ilə görüşündə ən yaxşı oyunçu seçilib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Fransalı futbolçular 2:0 hesabı ilə qalib gəliblər. 26 yaşlı forvard bu görüşdə qol vurub və məhsuldar ötürmə edib. Ümumilikdə Mbappenin Millətlər Liqasının cari mövsümündə 2 qol və 2 məhsuldar ötürməsi var.

Bu görüşün ardından Fransa millisi üçüncü yeri tutaraq turnirin bürünc medallarına sahib olub.

Xatırladaq ki, Almaniya millisi yarımfinal mərhələsində Portuqaliya yımasına 1:2 hesabı ilə uduzub. Fransa millisi isə İspaniyaya 4:5 hesabı ilə məğlub olub. Fransa 2021-ci ildə Millətlər Liqasının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest