"Real"ın hücumçusu Eden Hazard yenidən zədələnib.
 
Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan məlumat verib.
 
Belçikalı futbolçu ötən gecə keçirilən "İnter"lə çempionlar Liqasının matçında (3:2) sıradan çıxıb. Zidan belçikalı futbolçunun ayağından güclü zərbə aldığını söyləyib.
 
Qeyd edək ki, zədə səbəbindən Hazard 64-cü dəqiqədə Juniorla əvəzlənərək meydanı tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest