Türkiyənin "Sivasspor" klubu Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la matçdan əvvəl Azərbaycana dəstək olub.
 
Matc.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi "Yeni Sivas 4 Eylül" stadionunda Azərbaycan və Türkiyə bayraqları asılıb. Bu fotonu sosial şəbəkə hesabında paylaşan "Qarabağ" isə Türkiyə klubuna "Təşəkkürlər, "Sivasspor" mesajını göndərib.
 
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" oyununa Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest