Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu ada Fransa "Lill"ində çıxış edən Türkiyə millisinin üzvü Yusuf Yazıcı layiq görülüb.
 
23 yaşlı yarımmüdafiəçi İtaliyada "Milan"ı 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada het-trik müəllifi olub.
 
Qeyd edək ki, həftənin ən yaxşısı adına Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli və çexiya "Sparta"sından Lukaş Yuliş də layiq idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest