"Çempionlar Liqası və Premyer Liqa kimi asan yarışlarda oynaya biləcək. Futbolçular üçün çətin dövrdü"

"Mövsümün əvvəlində kimsə belə gərgin qrafikli 8 oyunda 20 xal toplayacağımızı desəydi, mən çempionatın birbaşa 9-cu turdan başlamasına razılaşardım". Matç.az saytı xəbər verir ki, bu sözləri İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis yığmaların iştirakı ilə keçirilən Millətlər Liqasından narazılığını kəskin şəkildə bildirib: "Lakin indi futbolçularımız yığmalara getməlidi. çünki Millətlər Liqasında - futbol dünyasının ən mənasız turnirində oynamalıdııar. ümid edirəm ki, onlar sağlam qayıdacaq, çempionlar Liqası və Premyer Liqa kimi asan yarışlarda oynaya biləcək. Futbolçular üçün çətin dövrdü. çünki artıq yığma və turnir barədə düşünməlidilər. Futbolçuların beynəlxalq oyunlara getməsində problem yoxdu. Amma indi milli məşqçisinə zəng vursam və bizim oyunçuya istirahət verməsini xahiş etsəm, Millətlər Liqasında oynadıqlarını, təzyiq altında olduğunu deyəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest