Türkiyənin “Trabzonspor” və “Kayserispor” klublarının yeni baş məşqçilərinin kimliyinə aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, Eddi Nyutonu istefaya göndərən “Trabzonspor” Abdullah Avcı, Bayram Bektaşla yollarını ayıran “Kayserispor” isə Samet Aybaba ilə anlaşıb.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hələlik sözügedən klublar yeni baş məşqçinin adını rəsmən açıqlamayıb. Amma “Kayserispor”un mətbuat xidmətindən verilən açıqlamada Samet Aybabanın tezliklə Kayseriyə gələrək rəsmi müqaviləyə imza atacağı təsdiqlənib. Elə Trabzon təmsilçisindəki etibarlı mənbələr də yeni baş məşqçinin məhz Abdullah Avcı olacağını təsdiqləyib.
 
Qeyd edək ki, həm “Trabzonspor”, həm də “Kayserispor” Super Liqanın geridə qalan 8 turu ərzində cəmi 6 xal toplayıb və 17-18-ci pillələri bölüşürlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest