Millətlər Liqası çərçivəsində keçiriləcək Farer adaları – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtları bəlli olub. Matç.az saytı xəbər verir ki, oktyabrın 11-də baş tutacaq matçdan bir gün öncə hər iki komandanın açıq məşqi və baş məşqçilərin konfransı təşkil olunacaq.

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi Torshavn şəhərindəki Torsvollur stadionunda baş tutacaq.

Saat 13:00-da meydan sahiblərinin mətbuat konfransı, 13:30-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı saat 15:00-da başlayacaq. Bir neçə oyunçunun da tədbirə qatılması mümkündü. Saat 15:30-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest