Futbol üzrə Monteneqro milli komandasının baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki "İvan Lalyak-İliç" stadionunda keçiriləcək Azərbaycanla oyundan öncə fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Məqsədimiz qrup lideri olmaqdır. Oyun hər iki komanda üçün çətin keçəcək. çünki hər iki komanda bu arenanı tanımır, ilk dəfə meydana çıxacaq. Monteneqro coğrafi cəhətdən Xorvatiyaya daha yaxın olsa da, bunun bizə üstünlük verəcəyini düşünmürəm. Bizə problem yaradacaq ən əsas məsələ Azərbaycan millisinin nümayiş etditəcəyi futbolun keyfiyyətidir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest