Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turun digər oyunları keçirilib.

Matc.az xəbər verir ki, A, B və C Liqaları çərçivəsində 18 qarşılaşma baş tutub.

A Liqasında İtaliya Polşanı qəbul edib və qələbə qazanıb. 1-ci qrupun digər matçında Niderland və Bosniya və Herseqovina komandaları üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qələbəni meydan sahibləri bayram ediblər. 2-ci qrupda İngiltərə Belçikanın qonağı olub, Danimarka isə İslandiya ilə qarşılaşıb. İngilislər səfərdən məğlub qayıdıblarsa, danimarkalılar evdə çətin qələbəyə seviniblər.

Türkiyə seçməsi B Liqasında Rusiyanı qəbul edib. Məhsuldar keçən qarşılaşma qardaş ölkə təmsilçisinin əzmkar qələbəsiylə yekunlaşıb. 3-cü qrupda Macarıstan – Serbiya görüşü də baş tutub. Bu görüşdə isə qalib müəyyənləşməyib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur

15 noyabr

A liqası, 1-ci qrup

Niderland – Bosniya və Herseqovina 3:1
Qol: Veynaldum, 6; 14. Depay, 55 – Prevlyak, 63.

İtaliya – Polşa 2:0
Qol: Jorjinyo, 27-pen. Berardi, 84.

İtaliya – 9, Niderland – 8, Polşa – 7, Bosniya və Herseqovina – 2

A liqası, 2-ci qrup

Danimarka – İslandiya 2:1
Qol: Eriksen, 12-pen; 90+1-pen – Kyartansson, 85.

Belçika – İngiltərə 2:0
Qol: Tilemans, 10. Mertens, 24.

Belçika – 12, Danimarka – 10, İngiltərə – 7, İslandiya – 0

B liqası, 1-ci qrup

Rumıniya – Norveç matçı təxirə salınıb

Avstriya – Şimali İrlandiya 2:1
Qol: Şaub, 81. Qrbiç, 87 – Magennis, 75.

Avstriya – 12, Norveç – 9, Rumıniya – 4, Şimali İrlandiya – 1

B liqası, 2-ci qrup

Slovakiya – Şotlandiya 1:0
Qol: Qrequş, 32.

çexiya – İsrail 1:0
Qol: Darida, 7.

Şotlandiya – 10, çexiya – 9, İsrail – 5, Slovakiya – 4

B liqası, 3-cü qrup

Türkiyə – Rusiya 3:2
Qol: K.Karaman, 27. C.ünder, 32. C.Tosun, 52-pen. – çerışev, 11. Kuzyayev, 57.

Macarıstan – Serbiya 1:1
Qol: Kalmar, 39 – Radonyiç, 17.

Rusiya – 8, Macarıstan – 8, Türkiyə – 6, Serbiya – 3

B liqası, 4-cü qrup

Uels – İrlandiya 1:0
Qol: Bruks, 67.

Bolqarıstan – Finlandiya 1:2
Qol: İliev, 68-pen – Pukki, 7. Lod, 45+1.

Uels – 13, Finlandiya – 12, İrlandiya – 2, Bolqarıstan – 1

C liqası, 2-ci qrup

Şimali Makedoniya – Estoniya 2:1
Qol: Triçkovski, 29. Stoyanovski, 68 – Sappinen, 52.

Gürcüstan – Ermənistan 1:2
Qol: Vako, 65-pen – Qazaryan, 33. Adamyan, 86.

Şimali Makedoniya – 9, Ermənistan – 8, Gürcüstan – 6, Estoniya – 2

C liqası, 3-cü qrup

Moldova – Yunanıstan 0:2
Qol: Fortunis, 32. Bakasetas, 41.

Sloveniya – Kosovo 2:1
Qol: Kurtiç, 63. İliçiç, 90+3-pen – Muriqi, 57.

Sloveniya – 13, Yunanıstan – 11, Kosovo – 2, Moldova – 1

C liqası, 4-cü qrup

Albaniya – Qazaxıstan 3:1
Qol: çikalleşi, 16. İsmayli, 23. Manaj, 62-pen – Abiken, 25.

Belarus – Litva 2:0
Qol: Yablonski, 5. Ebonq, 20.

Belarus – 10, Albaniya – 8, Litva – 5, Qazaxıstan – 4.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest