UEFA Millətlər Liqasının sonuncu turunda Azərbaycan millisini qonaq edəcək Lüksemburq ylğması itkilərlə üzləşib.
 
Matc.az xəbər verir ki, rəqibin iki futbolçusu noyabrın 17-də keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
 
Buna həmin oyunçuların cəzalı duruma düşməsi səbəb olub. Noyabrın 14-də Kiprlə səfərdə keçirilən matçda qırmızı vərəqə alan Vahid Selimoviç növbəti oyunu buraxacaq. Dirk Karlson isə ikinci dəfə xəbərdarlıq aldığı üçün turnrii vaxtındn əvvəl başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest