İngiltərənin "Arsenal" klubunun futbolçusu Məhəmməd Elneni koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 
 
28 yaşlı yarımmüdafiəçinin Misir milli komandasının düşərgəsində verdiyi koronavirus testi müsbət çıxıb.
 
Elneninin səhhəti yaxşıdır və o, karantinə alınıb. 
 
Xatırladaq ki, Misir yığmasında daha öncə Məhəmməd Salah və daha bir neçə oyunçunun da koronavirusa yoluxduğu açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest