Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında "Kəpəz" doğma meydanda "Qarabağ-2"-yə məğlub olub.
 
MOİK səfərdə "Keşlə-2" üzərində inamlı qələbə qazanıb. "Zaqatala" isə Sumqayıt səfərindən 1 xalla qayıdıb.
 
Tura sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.
 
Birinci Divizion
8-ci tur
2 dekabr
 
Kəpəz – Qarabağ-2 0:1
Qol: Hüseyn Hüseynzadə, 44.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Namiq Bəkirov
Gəncə şəhər stadionu, 13:00
 
Keşlə-2 – MOİK 1:3
Qol: Orxan Fərəcov, 45+2 – Xəyal Bədirov, 22; 27; 40.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
"ASK Arena", 14:00
 
Sumqayıt-2 – Zaqatala 0:0
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Hidayət Feyzullayev, İnqilab Məmmədov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00
 
3 dekabr
 
Qaradağ Lökbatan – Sabah-2
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00
 
Neftçi-2 – Turan Tovuz
Hakimlər: Rəşad Əhmədov, Ruslan Quliyev, Səbuhi Soltanov, Rauf Allahverdiyev
Türk Hava Yollar Futbol Mərkəzi (4-cü meydança), 14:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest