İsrailin “Makkabi” (Təl-Əviv) klubunun baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində qarşılaşacaqları “Qarabağ”la oyundan öncə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, Yunanıstandan olan 51 yaşlı məşqçi bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:
 
“Qarabağ"la oyuna hazırıq. Bizi ağır qarşılaşma gözləyir. Rəqibin yeganə problemi ev oyunlarını səfərdə keçirməsidir. Buna baxmayaraq, yaxşı təşkilatlanmış və keyfiyyətli komandadır. "Qarabağ" yaxşı baxımlı oyun göstərir. Çətin oyun olacağını gözləyirəm. Rəqibi analiz etmişik. Necə oynadıqlarını yaxşı bilirik. Nəyə qadir olduğumuzu bilirik. Yalnız oyun barədə düşünürük. Meydana çıxıb mübarizə aparmalıyıq. Ümid edirəm ki, nəticə bizim üçün qənaətbəxş olacaq".
 
Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest