"Fənərbaxça" Türkiyə Super Liqasının 11-ci turu çərçivəsində qarşılaşacağı "Dənizlispor"la səfər oyununa hazırlığını davam etdirir.
 
Matc.az xəbər verir ki, bu oyun ərəfəsində İstanbul təmsilçisinin koronavirusa yoluxmuş futbolçularından ikisi sağalıb.
 
Söhbət Enner Valensiya və Sinan Gümüşdən gedir. Sonuncu COVİD-19 testi neqativ çıxmış oyunçular artıq məşqlərə start veriblər.
 
Zədəsini yenicə sağaldan Nazım Sanqare ilə Harun Tekin də komandadan ayrı çalışıb. Digər zədəli Mbvana Samatta isə trenajor zalında hazırlıq keçir.
 
Qeyd edək ki, "Fənərbaxça"da zədədən əziyyət çəkən Kemal Ademi, Dieqo Perotti və Maurisio Lemos ümumiyyətlə məşq etmir.
 
"Dənizlispor" – "Fənərbaxça" oyunu dekabrın 6-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest