Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

"çətin qrupa düşdük. Amma hər bir rəqibə qarşı oynamaq olar".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
 
25 yaşlı yarımmüdafiəçi uğur qazanmaq istədiklərini bildirib: "Son oyunlarda millidə nəticələr pis olmadı. Həm qol buraxmadıq,həm də uduzmadıq. İstənilən rəqiblə oynaya biləcək gücdəyik. İnanıram ki, daha yaxşı hazırlaşacağıq. Seçmə mərhələdə uğur qazanmaq istəyirik".
 
Rəqiblərdən Portuqaliyanı fərqləndirən "Keşlə"nin futbolçusu qrupda autsayder olmayacaqlarını vurğulayıb: "Əminəm ki, sonuncu olmayacağıq. Yaxşı nəticələr əldə edəcəyimizə ümidvaram. Portuqaliya qrupun favoritidir. Ən çətin oyunlarımız bu komandaya qarşı olacaq".
 
Millimizin hücumçusu Ramil Şeydayev də püşklə bağlı fikirlərini bölüşüb. "Sabah"ın forvardı bunları söyləyib: "Tam normal qrupa düşdük. Yeganə xoş olmayan məqam 5 komandalı qrupda yer almağımızdır. 6 komandalı qrupa düşsəydik, məncə, daha yaxşı olardı".
 
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest