İtaliyanın "Yuventus" klubunun hücumçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Mançester Yunayted"dən Pol Poqbanı heyətinə qatmaq istəyən "qoca sinyora" bunun üçün qarşı tərəfə Dibalanı təklif edəcək. Turin klubu Poqbanı transfer məbləği ödəmədən heyətinə qatmaq istəyir. Bunun üçün də qarşı tərəfə argentinalı hücumçunu təklif edəcək.
 
Bir müddət əvvəl "Yuventus" Dibalaya yeni müqavilə təklif etsə də, tərəflər razılıq əldə edə bilməyib.
 
Poqbanın "Mançester Yunayted"lə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest