Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi ölkə kubokunun 1/32 final mərhələsinin "çayka" - "Armavir" oyunu ilə bağlı qərarını açıqlayıb.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, meydan sahibləri ilə matçın baş hakimi Maksim Matyunin arasında əvvəlcədən danışıq olduğu və referinin qərəzli qərarlar verdiyi üzə çıxıb.
 
İddiaya görə, Matyunin qarşılaşmadan sonra "çayka" klubunun icraçı direktoru Oleq Bayandan qanunsuz olaraq pul alıb. Buna görə klub rəsmisi və referi futboldan ömürlük kənarlaşdırılıb. Komandaya isə 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Qeyd edək ki, görüş "çayka"nın qələbəsi ilə yekunlaşmışdı - 2:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest