Almaniyanın "Borussiya" (Dortmund) klubu baş məşqçisi Lusyen Favrı istefaya göndərib.

Almaniyanın "Borussiya" (Dortmund) klubu baş məşqçisi Lusyen Favrı istefaya göndərib.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi məlumat yayıb.
 
ötən gün "Ştutqart"a 1:5 hesablı məğlubiyyətdən sonra baş məşqçinin istefaya göndərilməsi qərara alınıb. Lakin istefaya komandanın qeyri-sabit çıxışı da səbəb göstərilir. Məsələ burasındadır ki, Dortmund klubu 11 turdan sonra 19 xalla 5-ci sırada qərarlaşıb.
 
Favr "Borussiya"nı 2018-ci ilin mayından çalışdırırdı. Komanda ötən mövsümü onun rəhbərliyi altında 2-ci pillədə başa vurmuşdu.
 
"Borussiya"nı mövsümün sonuna qədər komandada köməkçi-məşqi kimi işləyən Edin Terziç çalışdıracaq. 38 yaşlı mütəxəssis daha öncə "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest