Millətlər Liqasının III turunun səfər qarşılaşmasına qədər komandamız 9 dəfə oktyabrın 11-də oynayıb. Bu görüşlərin hamısı seçmə xarakteri daşıyıb.

Azərbaycan millisi növbəti oyununu oktyabrın 11-də Farer adalarına qarşı keçirəcək. Matç.az saytı xəbər veirr ki, yığmamız 10-cu dəfə bu tarixdə meydana çıxacaq.

Millətlər Liqasının III turunun səfər qarşılaşmasına qədər komandamız 9 dəfə oktyabrın 11-də oynayıb. Bu görüşlərin hamısı seçmə xarakteri daşıyıb. Millimiz 5 dəfə dünya, 4 dəfə Avropa çempionatının seçmə matçında qüvvəsini bu gündə sınayıb.

Uzun illər oktyabrın 11-i bizim üçün qara tarix sayılıb. Ardıcıl 7 dəfə uduzduğumuz gündə qola da həsrət idik. Hətta 3 dəfə böyükhesablı məğlubiyyət qeydə alınıb. Millimiz İsveçrədə 5, İtaliyada 4, Belçikada 3 cavabsız qol alıb. Düzdü, bu məğlubiyyətlərdən 5-i səfərə, yalnız ikisi evə təsadüf edib.

2013-cü ildə sindrom qırılıb. Yığmamız Şimali İrlandiyanı Bakıda 2 cavabsız qolla məğlubiyyətə uğradıb. İki il öncə isə çexiya səfərindən qolsuz sülhlə dönüb. Son iki görüşdə qol buraxmayan yığma bu seriyanın davamı üçün Torshavnda da uğur qazanmalıdı.

Millimiz oktyabrın 11-də

11 oktyabr 1995. Təl-Əviv. Aç. İsrail – Azərbaycan – 2:0

11 oktyabr 1997. Sürix. Dç. İsveçrə – Azərbaycan – 5:0

11 oktyabr 2000. Bakı. Dç. Azərbaycan – Türkiyə - 0:1

11 oktyabr 2003. Reco di Kalabriya. Aç. İtaliya – Azərbaycan – 4:0

11 oktyabr 2006. Brüssel. Aç. Belçika – Azərbaycan – 3:0

11 oktyabr 2008. Helsinki. Dç. Finlandiya – Azərbaycan – 1:0

11 oktyabr 2011. İstanbul. Aç. Türkiyə - Azərbaycan – 1:0

11 oktyabr 2013. Bakı. Dç. Azərbaycan – Şimali İrlandiya – 2:0

11 oktyabr 2016. Ostrava. Dç. çexiya – Azərbaycan – 0:0

Dç-dünya çempionatının seçmə oyunu, Aç-Avropa çempionatının seçmə oyunu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest