İtaliya A Seriyasının 13-cü turu çərçivəsində "Parma" ilə qarşılaşacaq "Yuventus" hücumçusunun xidmətindən məhrum olub.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Paulo Dibala bu oyunda "qoca sinyora"ya kömək edə bilməyəcək. 
 
Argentinalı futbolçu komandanın son məşqində yenidən zədələnib. Bu səbəblə, o, "Parma" ilə oyunu buraxacaq.
 
Bundan başqa, komandanın müdafiəçisi Corco Kyellininin də bu oyunda iştirak edə bilməyəcəyi bildirilir.
 
"Parma" – "Yuventus" oyunu bu gün, saat 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest